Qatıqlı mərcimək şorbası resepti

Müəllif: YalniZ-ArZu
Şərhlər: 6
Baxılıb: 2 394
Səs ver:
(səs: 0)
Tərkibi:
250 qram süzmə qatıq
1 su stəkanı pörtmüş yaşıl mərci
2 xörək qaşığı zeytun yağı
1 xörək qaşığı kərə yağı
2 xörək qaşığı un
1 ədəd yumurta sarısı
1 su stəkanı əriştə
5.5 su stəkanı qaynar su
1 çay qaşığı istiot
Duz

ÜZƏRİ ÜÇÜN:
1 xörək qaşığı kərə yağı
2 xörək qaşığı zeytun yağı
1 xörək qaşığı nanə
1 şirin qaşığı toz qırmızı istiot

Hazırlanması:
Zeytun yağı və kərə yağını qazana alın. Kərə yağı çatanda un əlavə edib, orta atəşdə qoxusu çıxana qədər qarışdıraraq qovurun. Ayrı bir yerdə qatıq, yumurta sarısı və 2-3 xörək qaşığı suyu çırpma teli ilə çalın. Qarışdıraraq qazana əlavə edin və 2-3 dəqiqə davamlı qarışdıraraq bişirin. İsti su əlavə edib qaynayana qədər bişirin. Qaynamağa başlayanda Əriştə əlavə edib yüngül Qaynayanadək keçənə qədər bişirməyə davam edin. Mərci əlavə edib, 5 dəqiqə bişirin. Duz və istiotu nizamlayıb ocaqdan götürün. Üzəri üçün kərə yağı və zeytun yağını tavaya alıb kərə yağını çatdın. Nanə və toz qırmızı istiot əlavə edin. Ocaqdan götürüb şorbanın üzərinə gəzdirib xidmət edin.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 2 394
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri