Düşbərə resepti

Müəllif: Onun_Mələyi
Şərhlər: 12
Baxılıb: 2 660
Səs ver:
(səs: 0)
Tərkibi:
* 100 qr. qoyun əti
* 1.5 st. ət bulyonu
* 1 əd. xırda soğan
* 1 ç.q. üzüm sirkəsi
* zövqə görə duz, istiot, keşniş, quru nanə və sarımsaq.

Xəmir üçün:
* 1 st. un
* 1 əd. yumurta göz qərarı ilə duz və su

Hazırlanması:
Əvvəlcə düşbərə üçün sümüklərdən bulyon hazırlanır. Daha sonra ət və soğan maşında çəkilib, ona keşniş, duz və istiot əlavə edilir. Sonra ələnmiş una su, duz və yumurta əlavə edilib, bərk xəmir yoğurulur. Həmin xəmir 1 mm qalınlığında yayılır, kvadrat şəklində (1.5x1.5) kəsilir. Hər kvadratınortasına çəkilmiş ət qoyaraq üçkünc şəklində hazırlanmış düşbərələrin qıraqları bitişdirilir, küncləri isə geriyə qatlanıb bükülür. Yapışmasın deyə, üzərinə un səpilir. Bişirənə yaxın düşbərələr yüngülcə ələkdə silkələnir, artıq undan təmizlənir, qaynarbulyona tökülür. Hazır olduqda düşbərə, adətən, üzə çıxır. Süfrəyə verilən zaman düşbərənin üzərinə quru nanəsəpilir, yanına ayrıca qabda üzüm sirkəsi, yaxud sarımsaqlı sirkə qoyulur.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 12
Baxılıb: 2 660
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri