Mantılı şorba resepti

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 1 498
Səs ver:
(səs: 0)
Tərkibi:
1 böyük su stəkanı mantı
3/4 su stəkanı pörtmüş noxud
1 ədəd soğan
1 yemək qaşığı pomidor tomatı
2 yemək qaşığı qatıq
1 ədəd yumurta sarısı
2 yemək qaşığı maye yağ
1 yemək qaşığı kərə yağı
1 yemək qaşığı un
1 şirin qaşığı nanə
1 şirin qaşığı pul bibər
1 şirin qaşığı duz
6 su stəkanı tərəvəz suyu

Hazırlanması:
Əvvəlcə soğanı dərin bir qazanının içinə doğrayın. Maye yağ ilə birlikdə qovurandan sonra duz və suyu qazana köçürün.

Mantını pörtmək üçün suyun içinə qoyun. Pörtməyə yaxın içərisinə noxudları da əlavə edin.

Ayrı bir qazanda maye yağ və kərə yağı qızdırın, unu əlavə edin və yüngül qoxusu çıxana qədər qovurun. Tomatı da əlavə edin onun da yüngül qoxusu çıxana qədər qovurun.

Mantı pörtdüyü sudan bir az götürüb unlu qarışığın üstünə tökün. Yumaq əmələ gəlməsin deyə sürətli sürətli qarışdırın.

Mantı yaxşıca bişəndə bütün mantı, noxudları və suyu unlu qarışığa əlavə edin və lazımi konsistensiyaya gələnə qədər yüngül yüngül qarışdıraraq bişirin.

Qatıq və yumurta sarısını çöldə bir kasada çırpın. Sonra yavaş-yavaş, şorbanı qarışdıra qarışdıra qazanının içinə tökün.

Yüngül qaynamağa başlayanda duz, nanə və istiotu əlavə edib qarışdırın. Tamamilə hazır qaynayanda xidmət edə bilərsiz.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 1 498
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri