Çuğundurlu şorba resepti

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 2 078
Səs ver:
(səs: 0)
Tərkibi:
6 ədəd orta boy çuğundur
3 yemək qaşığı zeytun yağı
1 şirin qaşığı təzə sıxılmış limon suyu
1 çay qaşığı duz

Xidməti üçün;
3 yemək qaşığı qatıq
2 yemək qaşığı labne pendiri
1/2 çay qaşığı təzə çəkilmiş dənə istiot

Hazırlanması:
Əvvəla, çuğundurları bol suyun içərisində yaxşı yuyun.

Sonra qabığını soymadan qazana qoyub, üzərini keçəcək qədər su əlavə edin.

30 dəqiqə qədər pörtdükdən sonra suyunu süzüb, otaq temperaturuna gəlincə qabığını soyun.

Pörtmüş çuğundurları iri tikələrə doğrayıb zeytun yağı, təzə sıxılmış limon suyu və duz əlavə edib mətbəx robotuna alın. Üzərinə az az su əlavə edib püre halına gətirin.

Püredən daha maye olması üçün suyun konsistensiyasına diqqətli nizamlayın.

Ayrı bir qabın içərisində labne pendirini və qatığı qarışdırın.

Servis kasalarına aldığınız şorba istiot və hazırlanan pendirli qarışıqla xidmət edə bilərsiz.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 078
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri