Sarı mərcimək şorbası resepti

Müəllif: YalniZ-ArZu
Şərhlər: 7
Baxılıb: 2 374
Səs ver:
(səs: 2)
Tərkibi:
1 su stəkanı sarı mərci
1 ədəd iri baş soğan
2 diş sarımsaq
1 ədəd kiçik boy kartof
6 stəkan tərəvəz şirəsi
2 budaq kərəviz
1 çay qaşığı sarıkök
1 şirin qaşığı duz
1 çay qaşığı istiot
2 yemək qaşığı maye yağ
1 yemək qaşığı kərə yağı
1 ədəd dəfnə yarpağı

Hazırlanması:
Dərin bir qazanının içinə maye yağ və incə incə doğranmış soğanları əlavə edərək qovurun.

Sonra kərəviz saplarını kəsin və kartofu kiçik kublar şəklində doğrayaraq mərcilərlə birlikdə qazana əlavə edin. Kərə yağını və sarımsaqları da əlavə edib qovurmaya davam edin.

Qarışığın içərisinə isti tərəvəz suyunu əlavə edərək, ədviyyatları da əlavə edin.

Qazanının qapağını bağlayıb bişməyə qoyun.

Yumşalan dəfnə yarpağını içərisindən alıb, blenderdən keçirin.

Nuş olsun!
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 2 374
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri