Toyuqlu qarğıdalı şorbası resepti

Müəllif: YalniZ-ArZu
Şərhlər: 5
Baxılıb: 1 551
Səs ver:
(səs: 0)
Tərkibi:
5 su stəkanı su
Toyuq sinə əti
1 su stəkanı pörtmüş qarğıdalı
1 çay qaşığı duz
1/2 çay qaşığı təzə çəkilmiş dənə istiot

İçinə qatmaq üçün:
1 ədəd yumurta sarısı
3 yemək qaşığı un
4 yemək qaşığı qatıq

Hazırlanması:
Sümüklü toyuq döşünü bol suyun içərisində yuyun, sonra dərin bir qazana alın.

Üzərini keçəcək qədər su əlavə edərək pörtün.

Bir qabın içərisində içlik materiallarını diqqətlə qarışdırın.

Pörtən sümüklü toyuq döş ətini bir boşqaba alın. Dəri və sümük hissələrini təmizlədikdən sonra pörtmüş toyuq ətini kiçik parçalar halında didin.

Toyuğun qaynama suyundan bir qaşıq qədər alın və yumurtanın bişməməsi üçün içlik ərzaqlarını sürətli bir şəkildə qarışdırın.

Bu şəkildə toyuq suyu əlavə edərək ilıqlaşdırdığınız içlik qarışığını şorba qazanına köçürün. Didilmiş toyuq ətlərini əlavə edin.

Duz, təzə çəkilmiş dənə istiot və pörtmüş qarğıdalını əlavə edib konsistensiya alana qədər orta odda bişirin.

İsti isti qurudulmuş çörək parçaları ilə xidmət edə bilərsiz.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 1 551
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri