Göbələk supu resepti

Müəllif: Diablo
Şərhlər: 5
Baxılıb: 2 250
Səs ver:
(səs: 0)
Göbələk supu 1 kiloqrama qədər göbələk aparır. Əgər siz də göbələk sevənlərdənsinizsə, bu yemək sizin üçündür. İnanırıq ki, bu yemək sizin ailənizin də ən sevimli yeməklərindən birinə çevriləcək. Qeyd edək ki, göbələyi özünüz istəyə uyğun seçə bilərsiniz.

Tərkibi:
8 stəkan su
2 stəkan tərəvəz bulyonu
4 ədəd kartof
910 qram şampinyon göbələyi
1 stəkan süd
1 stəkan krem
4 x/q un
1 ədəd soğan
1 ədəd kök
3 x/q kərə yağı
2 x/q ədviyyat
duz
istiot
göyərti

Hazırlanması:

Addım 1
8 stəkan suyu tərəvəz və ya ət bulyonu ilə qataraq qazana tökün. Kartofları təmizləyib, kvadrat formada doğrayıb qazana tökün. Kartof bişənə kimi təxminən 10 dəqiqə qaynadın.
Eyni vaxtda başqa bir tavada orta temperaturda dogranmış göbələkləri yumşalana kimi və rəngi biraz qəhvəyi olana kimi bişirin. Qızarmış göbələkləri sup olan qazana tökün və 5-8 dəqiqə bişirin.

Addım 2
Tavanı orta temperaturda qızdırın. 3 xörək qaşığı kərə yağı əlavə edin. Daha sonra sürtgəcdən keçirilmiş kökü və doğranmış soğanı tavaya əlavə edin. Qızılı rəng alana kimi 8-10 dəq qızardın. Hazır olduqda isə onu da sup qazanına əlavə edin.
Qeyd: Kök və soğanı bişdikdən sonra blenderdən keçirərək supa əlavə edə bilərsiniz. (istəyə uyğun olaraq)

Addım 3
1 stəkan krem, 1 stəkan süd və 4 xörək qaşığı unu bir-birinə yaxşı qarışana qədər çalın. Hazır olan qarışımı sup qazanına tökün. Sonra ədviyyatları əlavə edin. İstəyə uyğun göbələk ədviyyatlarından da istifadə edə bilərsiniz. Kartof bişənə kimi qaynadın.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 250
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri