Yay dovğası resepti

Müəllif: Sweet Candy
Şərhlər: 5
Baxılıb: 2 461
Səs ver:
(səs: 0)
Tərkibi:
3 l - Qatıq
1 l - Su
2 ədəd - Yumurta
150 qr - Yumru düyü
20 qr - Un
35 qr - Duz
35-40 qr - Keşniş
35-40 qr - Şüyüd
35-40 qr - Dağ keşnişi
70 qr - İspanaq
35-40 qr - Nanə
20 qr - Tərxun

Hazırlanması:
Göyərtiləri seçirik, təmiz yuyuruq, quruduruq və xırda-xırda doğrayırıq. Qatığı dərin bir qazana tökürük, taxta çırpıcı ilə qarışdırırıq. Daha sonra yumurta, yumru düyü, un , su əlavə edirik və qarışdırırıq. Qazanı plitəyə qoyuruq, taxta qaşıqla qaynayanadək qarışdırırıq.

Qaynama prosesi başladıqdan sonra qarışdırmaya davam edərək altını biraz qısırıq, əvvəlcədən hazırladığımız göyərtiləri əlavə edirik. Düyünü yoxlayırıq, əgər o bişibsə, duz əlavə edirik və dovğamız hazırdır.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 461
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri