Protein bombası: Göbələkli noxud resepti

Müəllif: Sweet Candy
Şərhlər: 4
Baxılıb: 2 484
Səs ver:
(səs: 1)
Tərkibi:
1,5 su stəkanı bişmiş noxud,
2 ədəd quru soğan,
2 yemək qaşığı pomidor tomatı,
250 qram göbələk,
2 yemək qaşığı zeytun yağı,
2 dənə pomidor,
1 şirniyyat qaşığı duz,
1 çay qaşığı istiot,

Tövsiyyələrimiz:
Göbələkləri yumaq yerinə baş hissəsində olan qabığını soyun və nəmli bir bezlə təmizləyin.
Göbələkləri çox suda saxlamaq onların aralmasına səbəb ola bilər.
Ancaq təmiz olmadı deyə düşünürsünüzsə sürətli sudan keçirtməyiniz yetərli olacaqdır.

Bişirmə təklifi:
Cəfəri yarpaqları ilə bəzəyə bilər, düyü plovu ilə servis edə bilərsiniz.

Hazırlanması:
Noxudları əvvəlcədən bişirib qabıqlarını soyun.
Qazanı qızdıraraq içərisinə zeytun yağı əlavə edin.
Soğanların qabıqlarını soyun və küp küp doğrayın.
Doğradığınız soğanları qazana alaraq qovurun və iri doğradığınız göbələkləri soğanlarla birlikdə qovurun.
Pomidorların qabıqlarını soyub rəndələyin.
Göbələklər suyunu salıb çəkəndən sonra tomatı və pomidorları əlavə edin.
Daha öncədən hazırladığınız noxudları əlavə edərək noxudların üzərini bir barmaq keçənə qədər soyuq su əlavə edin.
Duz və istiot ilə dad verin.
Qazanın qapağını örtərək vam odda noxudlar yaxşıca bişənə qədər bişirin.
Saxsıda uzun zaman vam odda bişirə bilərsiniz və ya tək adamlıq saxsıda üzərini folya ilə örtərək 200 dərəcəlik fırında 30 dəqiqə bişirə bilərsiniz.

Nuş olsun!
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 2 484
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri