Uşaqlar üçün maraqlı resept - Dovşan şəkilli şorba resepti

Müəllif: my_angel
Şərhlər: 2
Baxılıb: 762
Səs ver:
(səs: 1)
Tərkibi:
1 stəkan yarım su
1 yemək qaşığı şəkər tozu
3 stəkan yarım un
1 yemək qaşığı maya
1 çay qaşığı duz

Üstünü bəzəmək üçün:
Quru üzüm
Bonibon
Kürdan (diş çöpü)

Xəmirin üstü üçün:
2 yemək qaşığı su
1-2 çay qaşığı duz

Hazırlanması:
İlıq suda şəkər tozu və mayanı əridin. Qabardıqdan sonra qalan məmulatlarla xəmiri hazırlayın. Xəmirin qapalı şəraitdə acımasını (gəlməsini) gözləyin. Xəmirin bir hissəsini böyük digər hissəsini balaca şəkildə bölün. Sonra hər birinə dairəvi forma verərək soba qabına düzün. 45 dəqiqə gözlədin. Sonra üzərini + şəklində kəskin bıçaqla cızın. Sonra
xəmirin üstü üçün hazırladığımız suyu xəmirin üzərinə çəkin. 200 dərəcədə üstü qızarana qədər bişirin.
Bişən çörəklərdən böyük olanının üstünü kəsib, içini bıçaqla boşaldaraq şorba qabı düzəldin. Balaca çörəyi isə ortadan iki yerə bölün, bıçaqla göz və burun oyun. Göz yerinə quru üzümləri, burun yerinə bonibon yerləşdirin. Bunu düzəltdiyimiz şorba qabına kürdan vasitəsilə sabitəyin yəni yerləşdirin. Qalan çörəklərdən qulaq düzəldə bilərsiz.

Nuş olsun!
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 762
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri