Xəmir xorəyi düşbərə

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 27 012
Səs ver:
(səs: 3)
 Ərzaqlar
içlik üçün
300qr qoyun əti
yarım dəstə keşniş 
yarim dəstə süyüd
quru nanə 
1 ədəd balaca soğan
Xəmiri
3 stəkan un
duz
1 ədəd yumurta
su
Hazırlanması
Qoyun ətini ət maşınından çəkirik buna duz, istiot , nanə və xırda doğranmiş kişniş şüyüd əlavə edirik  sonra isə soğanı xırda- xırda doğrayıb bunları bir yerdə qarışdırırıq 
    Xəmir isə yumurtanı suyu ,duzu əlavə edib yoğururuq xəmir bərk olmalıdır 
sonra kündə düzəldilir bu kündələr 1 mm-ə qədər yayılır 3*3 sm-ə qədər ölçüdə kvadrat şəkilində kəsilir
 hər kvadratın ortasına  noxud boyda hazırladığımız ət qoyulub düşbərə bükülür

Düşbərə bu üsulla bükülür kvadrat üçgünc şəkilində qatlanıb ucları  geriyə qatlanir

 bukulen dusbereleri  qoyun etinin bulyonunda bisiririk  dusbereleri  bisdikden sonra suzub uzerine alma sirkesi  elave edib  sufreye vere  bilerik 
Əgər xanımlar istəsəz düşbərəni belədə bişirmək olar. Əvvəlcə 1 ədəd balaca soğanı xırda- xırda  doğrayıb yağda saralana qədər qovururuq  sonra yağa qoyun. Ətinin bulyonunu əlavə edirik bulyon qaynadiqdan sonra  düşbərələri tökürük qoyuruq bişməyə bişdikdən sonra isə üzərinə quru nanə töküb süfrəyə veririk
Mən belə bişirdim siz necə istəyirsizsə hələ hazırlayın. Qış aylarında isti xorəklərə ehtiyac  olduğunu ümid edirəm 

 

Nuş olsun

 



 




(səs: 3)
Şərhlər: 2
Baxılıb: 27 012
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri