Yayla şorbası

Müəllif: Wiyinka
Şərhlər: 0
Baxılıb: 2 605
Səs ver:
(səs: 1)
Yayla şorbası (Türkcə - yayla çorbası) Türkiyə mətbəxinin ən məşhur şorbalarındandır. Şorba qatıqdan hazırlanır və bir qədər Azərbaycanın dovğasını hatırladır. Lakin yayla şorbasında dovğada olduğu kimi təzə göyərtidən deyil, quru nanədən istifadə edilir. Nəticədə  maraqlı bir dad əmələ gəlir. Nuş Olsun!

4-5 pay üçün

3 stəkan qatıq
4 stəkan su
1 ədəd yumurta
3 xörək qaşığı un
3 xörək qaşığı yumru düyü
3 xörək qaşığı kərə yağı
2 çay qaşığı narın quru nanə (süzgəcdən sürtərək keçirin ki, narın olsun)
Balaca çimdik qırmızı şirin toz bibər (zəruri deyil)
Zövqə görə duz

Bir qazanda qatıq, su, yumurta, un və düyünü yaxşıca qarışdırın. Orta odda taxta qaşıqla dəyanmadan qarışdıraraq qaynayanadək bişirin. Qaynayandan sonra tez-tez qarışdıra-qarışdıra düyü bişənədək bişirməyə davam edin. Düyü bişəndə şorbanı kənara çəkin.

Balaca tavada yağı qızdırın. Cızıldamağa baslayan kimi, kənara çəkib quru nanə və pul bibəri (zəruri deyil) əlavə edib yarım dəqiqə qarışdırın. Alınan qarışığı şorbaya əlavə edib, qarışdırın. Zövqə görə duz vurun. Süfrəyə çörəklə verin.

QEYD - bu şorbaya bişmiş noxud da əlavə etmək  olar. Ya suda islağa qoyulub sonra bişirilmiş noxud, ya da konserv noxuddan istifadə etə bilərsiniz. Bunları  şorba bişəndən sonra ona əlavə edin.
(səs: 1)
Şərhlər: 0
Baxılıb: 2 605
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri