Ətli dovğa

Müəllif: Pure Love
Şərhlər: 1
Baxılıb: 4 063
Səs ver:
(səs: 1)
Tərkibi:
Adambaşına 100 qr qoyun əti, 200 qr qatıq, 20 qr düyü, 15 qr noxud, 10 qr buğda unu, yumurta, 1 baş soğan, ispanaq, keşniş, dağ keşnişi, nanə, yarpız, şüyüd, kərəviz və kəvər, habelə tam üçün istiot və duz götürülür.

Hazırlanışı:
Yumşaq qoyun əti baş soğanla birlikdə ətçəkən maşından keçirilir, ədviyyat qatılaraq hazırlanır və bişirilir. Noxud arıtlanıb 3 – 4 saat ərzində soyuq suda isladılır və bişirilir. Həm də qazanda qatıq, düyü, yumurta, və un bir – birinə qatılaraq çalınır. Qatığın çürüməməsi üçün arası kəsilmədən bir qaydada qaynara düşənə kimi bulaya – bulaya qarışdırılır. Qaynara düşəndən sonra noxud, küftəciklər də bura qatılır, hamısı birlikdə bişirilir. Sonra buna xırda doğranmış göyərti və duz əlavə edilərək bişirilir. 
İlin mövsümündən asılı olaraq dovğa soyuq halda da süfrəyə verilə bilər.

/Mənbə: Qadınlar.biz/
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 4 063
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri