Buğdalı qış şorbası

Müəllif: Pure Love
Şərhlər: 5
Baxılıb: 4 469
Səs ver:
(səs: 4)
Vəsaitlər:

 

 

1 su stəkanı buğda
1 su stəkanı noxud
200 qr brokoli
1 kök
1 soğan
2 salçalıq qırmızıbiber
1 yemək qaşığı tomat pastas
1 yemək qaşığı kərə yağ
1 yemək qaşığı günəbaxan yağı
Yarım limonun suyu
3 diş əzilmiş sarımsaq
3-4 su stəkanı isti toyuq suyu və ya su
duz
istiot


Hazırlanması:

 

 

Noxudu bir gecə əvvəldən suda gözlədin.Sabahısı gün suyunu dəyişdirib yumuşayana qədər qaynadın.Buğdanı yuyub 1 gecə əvvəldən soyuq suda gözlədin.Sabahısı gün suyunu süzüb qazana alın və üzərinə 2 su stəkanı isti su əlavə edərək qaynadın.Ayrı bir qazanda kərə yağı və günəbaxan yağını istilədin.Doğradığınız soğanı əlavə edib bişirin.Soğan bir az yumuşalandan sonra nərd zəri böyüklüyündə doğradığınız kökü və qırmızı bibəri əlavə edin.2-3 dəqiqə sonra tamat da əlavə edib qarışdırın.3 su stəkanı isti suyu da əlavə edin.Qaynamağa başlayınca buğda, noxud, brokoliyi, duzu və istiotu əlavə edib zəif xodda bişirin.Qazın üstündən almağa yaxın ayrı bir kasada qarışdırdığınız sarımsaqlı limon suyunu əlavə edin.Qarışdırıb qazın üstündən götürün alın və isti şəkildə servis edin.
(səs: 4)
Şərhlər: 5
Baxılıb: 4 469
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri