Kartoflu güvəc

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 3 845
Səs ver:
(səs: 3)
Vəsaitlər
750 qr quş başı əti
4 ədəd kartof
2 ədəd soğan
5-6 diş sarımsaq
4 ədəd pomidor
1/2 çay stəkanı duru yağ
1/2 yemək qaşığı tamat
Duz, qara bibər, pul bibər

Hazırlanması
1. Qazanı ocağa alın. İçinə duru yağı, doğranmış soğanı, incə qıyılmış sarımsağı, ətləri qoyun və ətlərin rəngi dəyişəni qədər gözəlcə qovurun.
Ətlər gözəl qovrılmasa yeməkdə xoş olmayan bir ət qoxusu olar. Qovurma əməliyyatı buna görə əhəmiyyətlidir.
2. Qovrulan ətlərin tamat və qabığı soyulmuş doğranmış pomidorları əlavə edin, qovurun.
3. Pomidorlar gözəlcə qovrulanda küp küp doğradığınız kartofları və duzla ədviyyatları da əlavə edin. Bir müddət qovurduqdan sonra üzərinə qaynar su əlavə edin.
4. Yeməyi ocaqda 1-2 daşam qaynatdıqdan sonra qazan qapağını bağlayaraq. 200 dərəcədə əvvəlcədən qızdırılmış sobaya verin. Sobaya verdiyinizdə yeməyin suyu ətin üzərini 3-4 barmaq keçəcək şəkildə olmalıdır. Sobada qaynadığına əmin olun və soba istiliyini 150 dərəcəyə salın. 25-30 dq. qədər bişirib servis edin.

 

/Mənbə.Qadınlar.Biz/

                 

(səs: 3)
Şərhlər: 8
Baxılıb: 3 845
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri