Mərmər şorbası resepti

Müəllif: Narın Yağış
Şərhlər: 6
Baxılıb: 2 881
Səs ver:
(səs: 1)
Tərkibi:

250-300 q qoyun əti
Kəvər
3 kartof
2-3 kök
2 diş sarımsaq
Kəklikotu
Rozmarin (göyərti)
200-250 ml qaymaq (22-35%)


 

Hazırlanması:

Əti doğrayın. Yuyulub təmizlənmiş və iri doğranmış kök və kartofu qaynadın.

Quşbaşı doğranmış əti zeytun yağıyla tavada qovurun. Kəvəri, sarımsağı doğrayıb qızarmaqda olan ətə əlavə edin, bir yarpaq rozmarin atın və 1 l su tökün.

Duz, istiot vurun.Bişmiş kartof və kökü blenderdən keçirin.

Ət suda yarım saat bişdikdən sonra bu tərəvəz qarışığını ona əlavə edin.

Rozmarini şorbadan çıxarın. Şorbanı qaynadıb altını söndürün. Bir neçə kəklikotu yarpağını şorbaya əlavə edib 15 dəqiqə soyumağa qoyun.

Sonra kəklikotunu çıxarın. Şorbanı boşqablara çəkin. Üzərinə otaq temperaturunda olan qaymaq əlavə edin.

Çəngəllə şorbanın üzünü qarışdırıb onu mərmərə bənzədin.

 

Nuş olsun!

(səs: 1)
Şərhlər: 6
Baxılıb: 2 881
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri