Nanəli mərci şorbası resepti (Türk mətbəxi)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 7 588
Səs ver:
(səs: 2)
Tərkibi:
1 stəkan yarım qırmızı mərci
1 pomidor – iri-iri doğrayın
1 yerkökü  – iri-iri doğrayın
1 xörək qaşığı tomat pastası
1 dolu xörək qaşığı quru nanə (istəyə görə artırıb yaxud azaltmaq olar)
4-5 xörək qaşığı kərə yağı (istəyə görə artırıb yaxud azaltmaq olar)
Duz-istiot

Hazırlanması:
Mərcini yaxşıca yuyub, süzünü süzüb qazana qoyun. Üstünə 4-5 stəkan su töküb qaynadın.

Qaynayan mərcinin kəfini yığın. Mərci yarım-bişmiş olduğunda qazana doğranmış pomidor,  yerkökü, tomat pastası və quru nanəni əlavə edin. Orta hərarətdə bişirməyə davam edin. Mərci tam yumşalanda, kütləni blenderdə püre halına gətirin. Yenidən qazana tökün. Zövqə görə duz və istiot vurun. Şorba qatıdırsa, bir az da su əlavə edib, qaynadın.
Tavada kərə yağını qızdırıb bişmiş şorbaya töküb, qarışdırın. Şorba hazırdır. Süfrəyə verdiyinizdə, hər boşqaba istəyə görə qırmızı acı bibər tozu səpə bilərsiniz. Şorbaya limon sıxıb yeyin.

Nuş olsun!
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 7 588
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri