Tutma kələmdən borş resepti - FOTO RESEPT

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 4 880
Səs ver:
(səs: 0)
Tərkibi:
yağlı sümüklü mal əti
1 ədəd baş soğan
8 ədəd kartof
2 ədəd kök
500 qr tutma kələm
cəfəri
keşniş

Hazırlanması:
Bu resept həmçinin rusiya milli mətbəxinin sulu yeməklərindəndir və Şi adı ilə tanınır. Ət nə qədər yağlı olarsa bir o qədər şi dadlı alınar və ətin bütün yağlılıqı turş tutma ilə neytrallaşar.
1. İnqredientlər hazırlanır.


2. Sümüklü mal əti bir qazanda qaynadılır. Qaynadılarkan qazana təmizlənmiş, yarı doğranmış baş soğan əlavə edilir və bir çimdik duz tökülür.


3. Hazır olduqda ətlər sümüklərindən ayrılır, bulyon isə süzgəcdən keçirilib digər qazana əlavə edilir.


4. Tərəvəzlər təmizlənir və doğranılır. Kök uzunsov formada, soğan xırda kubiklər formasında, kartofun bir hissəsi xırda kubiklər şəklində, bir hissəsi isə doğranmamış saxlanılır.


5. Qaynayan mal bulyonun üzərinə doğranmış tərəvəzlər əlavə edilir: kök, soğan, kartof və həmçinin doğranmamış kartoflar.


6. Kartof hazır olana qədər, 30 dəqiqə ərzində bişirilir. İri kartoflar bişdikdə onları çıxarıb çəngəl ilə əzib bulyona əlavə edirik. Bu cür püre yeməyə əlavə gözəl dad verəcək və bir qədər şorbanı qatılaşdıracaq.


7. Şorbaya tutma kələm əlavə edilir.


8. Kələm yumşalana qədər, 20-30 dəqiqə bişirilir.

 

 

9. Bu müddət ərzində göyərtilər doğranılır. Qatıq (xama) və ətlər hazırlanır.

 

 
 
10. Zövqə görə göyərtini şorbaya qazanda əlavə etmək olar və ya artıq boşqaba tökərkən.

 

 
11. Üzərinə qatıq və doğranmış göyərti əlavə edib süfrəyə vermək olar.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 4 880
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri