Tərkibi:
2 soğan
1 qəhvə fincanı bitki yağı
1 x.q. tomat pastası
1 dəstə çuğundur yarpağı
2 x.q. un
8-10 st. su
1 st. bişmiş noxud
duz
istiot
7-8 budaq reyhan
1 x.q. limon şirəsi
Hazırlanması:
Soğanı xırda doğrayıb yağda qovurun, tomat pastası əlavə edin. Çuğundur yarpağını xırda doğrayıb əlavə edin, suyunu çəkənədək bişirin. Un əlavə edib, qarışdıraraq qovurun. Su əlavə edib qaynamasını gözləyin. Qaynara düşəndə bişmiş noxudu, duz, qara istiot və limon şirəsini əlavə edib 10 dəqiqə qaynadın. Ocaqdan götürəndən sonra üzərinə doğranmış reyhan səpin.