Göbələkli krem şorba resepti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 2 594
Səs ver:
(səs: 3)
Tərkibi:
22 qr kərə yağı
85 qr baş soğan (orta ölçüdə)
22 qr kərəviz saplağı
500 qr göbələk (şampinyon)
1 litr velüte sousu
300-500 ml toyuq bulyonu (isti)
175 ml yağlı qaymaq (isti)
duz
istiot

Hazırlanması:
1 İnqredientlər.
2 Kərəviz və soğan doğranılır.
3 Soğan şəffaf və yumşaq olana qədər kərəvizlə birgə kərə yağında qızardılır.
4 Yarı doğranmış göbələklər əlavə edilir.
5 Göbələklər tam hazır olana qədər (suyu tam çəkilənə qədər) bişirilir.
6 Bir neçə göbələk sonda şorbanı bəzəmək üçün kənarda saxlanılır.
7 Hazır göbələklər qazana yerləşdirilir və üzərinə velüte sousu əlavə edilir.
8 Orta odda 15 dəqiqə bişirilir.
9 Təqribən 15 dəqiqə sonra şorba blender vasitəsi ilə tam əzmə formasına gətirilir.
10 Süzgəcdən keçirərək şorba yenidən qazana əlavə edilir.
11 Qazan orta oda yerləşdirilir və şorbanın üzərinə istənilən miqdarda toyuq bulyonu əlavə edilir. Reseptdə, şorbanın qatı alınması üçün, toyuq bulyonu 300 ml əlavə edilmişdir. Zövqə görə bir qədər çox da əlavə etmək olar. Şorba qaynadılır və altı söndürülür.
12 Şorbaya isti qaymaq əlavə edilərək qarışdırılır.
13 Və budur, göbələkli krem-şorba hazırdır!
14 Süfrəyə verərkən şorba bir neçə göbələklə bəzədilir.

Nuş olsun!
(səs: 3)
Şərhlər: 7
Baxılıb: 2 594
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri