Kələkoş şorbası resepti

Müəllif: NoName
Şərhlər: 9
Baxılıb: 1901
Paylaş:
Səs ver:
(səs: 3)
Tərkibi:
3 stəkan yağlı qatıq
1 ½ xörək qaşığı un
1 yumurta
3 stəkan soyuq su
1 xörək qaşığı yuyulmuş və süzülmüş yumru düyü
½ stəkan xırda doğranmış qoz
2 diş əzilmiş sarımsaq
1 ½ xörək qaşığı quru nanə
2 xörək qaşığı bitki və ya kərə yağı
1 orta baş xırda doğranmış soğan
duz¸ zövqə görə
istiot¸ zövqə görə

Hazırlanması:
1. Bir kasada qatığı, unu, yumurta və suyu yaxşıca qarışdırın. Sonra isə üzərinə düyünü, qozu, sarımsağı, və quru nanəni əlavə edin və yenə qarışdırın.

2. Bir qazanda yağı qızdırın və soğanı əlavə edib təxminən 6-7 dəqiqə qızardın.

3. Qatıqlı qarışığı soğanın üzərinə əlavə edin və taxta qaşıqla ara vermədən qarışdıraraq orta odda təxminən 20 dəqiqə müddətində və ya düyü yumuşalana qədər bişirin. Kənara çəkin və üzərinə zövqə görə duz və istiot əlavə edib qarışdırın. Süfrəyə isti-isti verin.

Nuş olsun!

loading...
(səs: 3)
Şərhlər: 9
Baxılıb: 1901
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Online
Totu
Şorba cox sevirem bunu beyendim
24 aprel 2016 20:09
9
Offline
emis
Sevmədiyim sorbalardandi şorba seven deyiləm .yeyəndə də öz bildiyimiz sorbalardan yeyirəm. Təşəkkür.
21 may 2015 16:54
8
Offline
vipbetul
hec menlık deyıl
20 may 2015 15:46
7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Catwoman666
dadli sorbalari sevirem amma sorbalar mence qisda ve ya payizda yeyilmelidi
20 may 2015 14:43
6
Viking
Offline
rəmsə
Şorba sevənəm,bu dadının necə olacağı barədə bir fikrim yoxdu.Ama adını oxuyanda elə bildim tərkibində kələm də var)))
20 may 2015 14:32
5
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
Offline
Fialka
Fərqli reseptdi , içində olan inqridiyentlər bir arada necə olar biləmədim) ona görə mənlik deyil.
20 may 2015 14:28
4
Offline
Happy
Dovga kimidi demek olar.
20 may 2015 14:16
3
Offline
BARBI
Terkibini beyendim . Mutleq hazirlayacam.
20 may 2015 14:09
2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Tomris Müslümova
ne ferqli adi var,ama terkibi xosuma gelmedi
20 may 2015 14:05
1

Sən sadəcə mənimsən...!

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv

Facebook