Quzuqarnı şorbası resepti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 2 928
Səs ver:
(səs: 1)
Tərkibi:
Quzuqarnı - 1 kq
Kərə yağı  - 50 qr
Baş soğan - 1 ədəd
Kartof - 2 ədəd
Göyərti
Azərduz yodlu narın xörək duzu, istiot

Hazırlanması:
Əvvəlcə quzuqarnı 2 saatlıq duzlu suya qoyulur.
Sonra axar su altında təmiz  yuyulur və 15 dəqiqə suda pörtlədilir.  Süzgəcə tökülub suyu axıdılır.
Soğan doğranıb yağda qızardılır, bura pörtlədilmiş quzuqarnı əlavə edilib ikisi bir  yerd 5 dəqiqə qovrulur.
Sonra su əlavə edib bişirilir, kartof 4 yerə bölünüb  şorbaya əlavə edilir.
Süfrəyə  veriləndə zövqə görə üzərinə göy sarımsaq  əlavə edilir.
Şorbamız  hazırdır.

Nuş olsun!
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 2 928
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri