Kərəviz şorbası resepti

Müəllif: emis
Şərhlər: 3
Baxılıb: 2 110
Səs ver:
(səs: 1)
Amerika cərrahları artıq çəkidən əziyyət çəkən insanların əməliyyatdan əvvəl arıqlaması üçün bu şorbanı hazırlayıblar.

Olduqca effektiv təsir edən bu şorba ilə saxlanılan diyet çox sərt deyil və tez zamanda arıqlamağa imkan verir. Kərəviz diyetinin əks göstərişləri və ya hansısa məhdudiyyətləri yoxdur, bu diyeti hər gün də etmək olar. Müntəzəm istifadə etdikdə kərəviz bərpaedici, cavanlaşdırıcı və hətta təmizləyici təsirlərə malikdir.

Kərəviz diyeti 1 həftə üçün nəzərdə tutulub, bu günlər ərzində üzüm, banan və kartofdan başqa digər meyvə-tərəvəzləri yemək olar. Həmçinin istənilən qədər təmiz su, qazsız mineral su, yaşıl çay və şəkərsiz kofe də içmək olar. Bu diyet zamanı əsas şərt – hər gün bir boşqab bu möcüzəli şorbadan yeməkdir.

Asan həzm olunan kərəviz şorbası diyetik, yağ əridici təsirlərə malikdir və çox faydalıdır.

Tərkibi:
- Kərəviz sapı - 400 qr
- Ağ kələm - 0,5 kq
- Baş soğan - 6 ədəd (böyük olmayan)
- Təzə və ya konservləşdirilmiş pomidor - 3 ədəd (orta ölçüdə)
- Yaşıl şirin bibər - 2 ədəd
- Duz, qara istiot.

Hazırlanması:
Tərəvəzlər doğranılır, üzərinə 3 litr su tökülür, zövqə görə duz və biraz qara döyülmüş istiot əlavə edilir. Qazan oda qoyulur, qaynadılır və 10 dəqiqə bişirilir. Bundan sonra od daha zəif edilir və yavaş od üzərində bütün tərəvəzlər yumşalana qədər bişirilir.

Beləliklə, kərəviz şorbası hazırdır.

Nuş olsun!
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 2 110
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri