Ənginar şorbası resepti

Müəllif: Fialka
Şərhlər: 5
Baxılıb: 2 867
Səs ver:
(səs: 2)
Ənginardan çox dadlı şorba çıxdığını bilirdinizmi? Bilmirsinizsə, sizə təqdim etdiyimiz resepti sınaqdan çıxara bilərsiniz. Bunun üçün sizə nə lazımdır?

Tərkibi:
4 ədəd təzə ənginar
1 ədəd orta böyüklükdə soğan
1 diş sarımsaq
1 ədəd yerkökü
1 ədəd bibər
1/2 limon
3-4 qaşıq zeytun yağı və 2 qaşıq kərə yağı
1 yemək qaşığı un
5 su stəkanı soyuq su
Duz, istiot

Hazırlanması:
Ənginarı diqqətlə təmizləyib limonlu-unlu suda saxlayın. Yağı qazana töküb doğradığınız soğan, sarımsaq və kökləri azca qızardın. Sonra ənginarı, daha sonra isə unu da əlavə edib qovurmağa davam edin. Qovrulduqdan sonra üstünə su töküb qaynadın. Soyudub blenderdən keçirin və ədviyyatlarla dadlandırın. Nəhayət, üzərinə əridilmiş kərə yağını töküb süfrəyə verin.

Nuş olsun!
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 2 867
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri