Körrili balqabaq şorbası resepti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 1 987
Səs ver:
(səs: 1)
Tərkibi:
1 kq balqabaq, uzununa ortadan bölünmüş, qabığı soyulmuş, tumları çıxarılmış və orta ölçüdə doğranmış
2 xörək qaşığı zeytun yağı
2 yaşıl turşməzə alma (hər biri təxminən 170 qram), ortadan uzununa yarı bölünmüş və tumları çıxarılmış
4 xörək qaşığı zeytun yağı, yaxud kərə yağı, soğanı qovurmaq üçün
1 orta boylu soğan, incə doğranmış (təxminən 1 stəkan)
4 stəkan evdə hazırlanmış toyuq bulyonu, yaxud orqanik toyuq bulyonu konservi (su ilə də əvəz etmək olar)
3/4 stəkan yağlı qaymaq
Bir çimdik muskat cevizi
Bir çimdik körri tozu (miqdarı zövqə görə seçin)
Duz
İstiot
Doğranmış göy soğan, üstünə səpmək üçün (əlinizin altında olan hər hansı başqa göyərti ilə əvəz edə bilərsiniz)

Hazırlanması:
Sobanı 175ºC-yə qədər qızdırın.
Balqabağı iri bir soba listinə yerləşdirin. Üzərinə zeytun yağı çiləyib əlinizlə qarışdırın ki, balqabaq kubları yağla örtülsün. Kubları listin üzərində bir qat yayın. (Yaxud da siz balqabağı orta boylu bir cəmin içində yağlayıb listin üzərinə yerləşdirə bilərsiniz.) Almaları kəsik hissəsi aşağı olmaqla həmin listə düzün. Təqribən 30 dəqiqə, yaxud həm balqabaq, həm də almalar çəngəl rahat batan yumşaqlığa çatana qədər bişirin. Nəzərə alın ki, istəsəniz almaları sobadan bir az tez də götürə bilərsiniz, çünki alma daha tez bişir. Əgər alma tam əzilsə narahat olmayın – siz onsuz da onun mətini püre halına salacaqsınız.
Balqabaq və alma sobada bişənə qədər ayrıca orta ölçülü tavada yağı orta istilikdə qızdırın. Soğanı əlavə edib vaxtaşırı qarışdıraraq, qızılı rəng alana qədər, təqribən 10 dəqiqə bişirin. Ocaqdan götürün.
Bişmiş almaların mətini çıxarın, qabığını isə atın. Bişmiş balqabağı, alma mətini və soğanı qızardığı yağla birlikdə prosessora yerləşdirin və maşını eynicinsli narın püre alınana qədər işlədin.
Püreni orta ölçülü bir qazana tökün. Toyuq bulyonu, yağlı qaymaq, muskat cevizi və körri tozunu əlavə edin. Orta istilikdə qaynama həddinə çatdırın, sonra istiliyi azaldıb şorbanı vam ocaqda təxminən 10 dəqiqə bişirin. Zövqə görə duz və istiot vurun. Əgər şorba sizə görə çox qatıdırsa ona bir az da bulyon, yaxud su əlavə edib yenidən qaynadın. Çömçə ilə dərin boşqablara çəkib üzərinə göy soğan səpin və süfrəyə verin.

Nuş olsun!
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 1 987
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri