Tərkibi:
1 stəkan yarım qırmızı mərci
1 pomidor – iri-iri doğrayın
1 yerkökü – iri-iri doğrayın
1 xörək qaşığı tomat pastası
1 dolu xörək qaşığı quru nanə (istəyə görə artırıb yaxud azaltmaq olar)
4-5 xörək qaşığı kərə yağı (istəyə görə artırıb yaxud azaltmaq olar)
Duz-istiot
Hazırlanması:
Mərcini yaxşıca yuyub, süzünü süzüb qazana qoyun. Üstünə 4-5 stəkan su töküb qaynadın.
Qaynayan
mərcinin kəfini yığın. Mərci yarım-bişmiş olduğunda qazana doğranmış
pomidor, yerkökü, tomat pastası və quru nanəni əlavə edin. Orta
hərarətdə bişirməyə davam edin. Mərci tam yumşalanda, kütləni blenderdə
püre halına gətirin. Yenidən qazana tökün. Zövqə görə duz və istiot
vurun. Şorba qatıdırsa, bir az da su əlavə edib, qaynadın.
Tavada
kərə yağını qızdırıb bişmiş şorbaya töküb, qarışdırın. Şorba hazırdır.
Süfrəyə verdiyinizdə, hər boşqaba istəyə görə qırmızı acı bibər tozu
səpə bilərsiniz. Şorbaya limon sıxıb yeyin.