Qaymaqlı ispanaq şorbası resepti

Müəllif: NoName
Şərhlər:
Baxılıb: 880
Paylaş:
Səs ver:
(səs: 0)
Tərkibi:
Yarım kilo təzə ispanaq və ya 300 qramlıq dondurulmuş ispanaq paketi (mən təzəsindən istifadə edirəm)
4 xörək qaşığı kərə yağı
Yarım stəkan doğranmış baş soğan
3 xörək qaşığı un
5 stəkan toyuq suyu (bulyon) (əvvəlcə 4 stəkanını əlavə edin, gərəkdiyində qalanını də qatın)
Zövqə görə duz
Zövqə görə istiot
1 stəkan süd qaymağı
Bir çimdik yel cevizi tozu (zəruri deyil)

Hazırlanması:
İspanağı təmizləyin, sərk saplaqlarını kəsin. Yarpaqları iri-iri doğrayın. Yaxşıca yuduqdan sonra quruması üçün kağız dəsmal və ya çay dəsmalının üstünə sərin.
Qazanda yağı orta odda əridin. Soğanı əlavə edib tez-tez qarışdıra-qarışdıra şəffaflaşıb yumuşalan, amma qızarmayanadək bişirin. İspanağı buraya əlavə edin. Tez-tez qarışdıra-qarıçdıra ispanaqlar yumuşalanadək ("ölənədək”).
Üstünə unu səpin. Qarışdırın. Toyuq suyunu tökün. Tez-tez qarışdıra-qarışdıra qaynadın. Sonra isə blenderdə püre edin. Alınan püreni qazana geri tökün. Duz və istiot vurun. İstəyə göə, yel cevizi də əlavə etmək olar.
Qaymağı qazana əlavə edin. Qarışdırın. Vam odda şorbanı isti vəziyyətə gətirin, amma qaynatmayın. Şorbanız hazırdır. Əgər şorba çox qatıdırsa, bir az toyuq suyu əlavə edib qarışdırın.

Nuş olsun!

loading...
(səs: 0)
Şərhlər:
Baxılıb: 880
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv

Facebook