Tərkibi:
Can əti – 300 q
Baş soğan – 2 ədəd
Un – 100 q
Alça – 3-4 ədəd
Kərə yağı – 150 q
Zəfəran – 2-3 q
Duz, istiot
Hazırlanması:
1.Tikələrə bölünmüş ət bir baş soğanla ətçəkən maşınından keçirilir.
2.Ət qarışığına duz, istiot və 50 q un əlavə edilib qarışdırılır.
3.Ət farşı kiçik porsiyalara bölünüb una batırılır və samanvari formaya salınır.
4.Duz əlavə olunmuş su qazanda qaynadılır.
5.Baş soğan sürtgəcdən keçirilir və 100 q yağda qızardılır, zəfəran əlavə olunur.
6.Qaynayan suya ət küftəcikləri və qızarmış zəfəranlı soğan əlavə edilir.
7.Ət bişənə yaxın alça, duz və istiot əlavə olunur.
8.Hazır şorbanın üzərinə quru nanə səpilir.