Tərəvəzlərdən bir-birindən gözəl şorbalar hazırlaya bilərsiniz.
Körpəniz
6 aylıq olduqdan sonra ona ana südü ilə bərabər qatı qidalar da yedirə
bilərsiniz. Şorba körpənizin yeni dövrdə yedizdirə biləcəyiniz ən
faydalı qidalar sırasındadır.
Tərkibi:
1 xörək qaşığı yulaf əzməsi
1 xörək qaşığı buğda
1 balqabağın dörddə bir hissəsi
1 ədəd kök
1 parça brokoli
1 çay qaşığı zeytun yağı
Hazırlanması:
Buğdaları təmizləyin və bir gecə əvvəldən 1.5 stəkan suda isladın.
Ertəsi gün islatdığınız buğdanı suda qaynadın.
Buğdalar bişdikdən sonra yulaf əzməsini əlavə edin və 5 dəqiqə daha bişirin.
Əldə etdiyiniz qarışığı əzərək püre halına gətirin.
Tərəvəzləri qaynadın və əzdikdən sonra süzgəcdən keçirin.
Tərəvəzləri qarışığa əlavə edin və yağı da əlavə edib qarışdırın.
Çox bərk olarsa, isti su əlavə edərək aça bilərsiniz.