Zeytun yağında yaşıl noxud resepti

Müəllif: Fialka
Şərhlər: 3
Baxılıb: 3 546
Səs ver:
(səs: 4)
Tərkibi:
Yarım kiloqram yaşıl noxud
1 ədəd soğan
2 ədəd kartof
2 ədəd yer kökü
Yarım stəkan zeytun yağı
2 xörək qaşığı tomat pastası
 
Hazırlanması:
Əvvəlcə yaşıl noxudu yuyub suyunu süzün. Soğanı, kök və kartofları soyub doğrayın. Tavaya zeytun yağı töküb qızdırın.
 
Əvvəlcə soğanla yerkökünü tavada rəngi dəyişilənə kimi qızardın. Daha sonra tomat pastasını əlavə 2­3 dəqiqə qarışdıraraq qovurun. Ardınca yaşıl noxudu və kartofu əlavə edib 1-2 dəqiqə daha qarışdırın. Üzərini keçəcək qədər su və 1-2 çay qaşığı duz əlavə edin. Bütün tərəvəzlər yumşalana kimi (təxminən, yarım saat) bişirin.
 
Nuş olsun!
(səs: 4)
Şərhlər: 3
Baxılıb: 3 546
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri