İspanaqlı yaşıl şorba resepti

Müəllif: Fialka
Şərhlər: 3
Baxılıb: 2 815
Səs ver:
(səs: 3)
Tərkibi:
500 qram təzə ispanaq
4 xörək qaşığı zeytun yağı
1 ədəd böyük soğan
2 xörək qaşığı un
4 stəkan qaynar toyuq suyu
yarım stəkan krem
1 çay qaşığı təzə üyüdülmüş istiot
1 çay qaşığı duz
 
Hazırlanması:
İspanaqları yuyun. Suyunun süzülərək qurumağını gözləyin. Soğanı doğrayıb zeytun yağında qızardın. İspanağı da əlavə edib soğanla birlikdə qovurun. Sonra unu töküb təqribən 3-4 dəqiqə qovurun. Təzə çəkilmiş qara istiot və duz əlavə edin. Daha sonra üzərinə toyuq suyunu tökün. Unun yapışmaması üçün mikserlə qarışdıraraq bişirin. Qatılaşmağa başlayanda odu azaldıb kremi az-az əlavə edin. Həlim olması üçün blenderdən keçirin. Xörəyi kasalara töküb isti-isti yeyin.
 
Nuş olsun!
(səs: 3)
Şərhlər: 3
Baxılıb: 2 815
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri