Sobada tərəvəzli bişmə resepti

Müəllif: ulduz
Şərhlər: 7
Baxılıb: 2 430
Səs ver:
(səs: 1)
Tərkibi:
1 ədəd balaca badımcan – saplağını kəsin, badımcanı uzunlamasına yarı bölün, yarıları da halqavari qalın-qalın kəsin
1 ədəd yumurta
1 stəkan un (150 qram)
1 stəkan + bir stəkanın dörtdə birisi qədər süd
2 xörək qaşığı təzə kəklikotu və ya 2 çay qaşığı quru kəkliokotu
1 ədəd qırmızı soğan
2 ədəd kabaçok
1 ədəd qırmızı Bolqar bibəri
1 ədəd sarı Bolqar bibəri
4 xörək qaşığı zeytun yağı
2 xörək qaşığı sürtgəcdən keçirilmiş Parmezan pendiri
Duz, istiot
Üstünə səpmək üçün hər hansı bir göyərti (mən cəfəri səpirəm) – xırda doğrayın

Hazırlaması:
Bir kasada yumurta, un, süd, kəkliotu, zövqə görə duz və istiotu duru hamar kütlə alınanadək qarışdırın. Kasanı soyuq yerə qoyun.

Badımcanları süzgəcin içinə yığıb, yaxşıca duzlayın. Qoyun acısı çıxsın – təxminən 10 dəqiqə ərzində. Sonra sudan keçirib, qurulayın.

Sobanı 205Cdək qızdırın.

Söğanı nazik dilimlərə kəsin. Kabaçoku halqavari kəsin. Bibərlərin dənəsini çıxardıb, hər bibəri uzunlamasına 4-6 yerə bölün. Bütün tərəvəzləri ölçüsü 33 sm x 25 sm olan formaya yığın. Üstünə zeytun yağını əlavə edib, əlinizlə qarışdırın. Tərəvəzləri bir lay şəklində yayın. Sobada üstləri bir az qızaranadək bişirin, təxminən 20 dəqiqə.

Sonra isə sobadan çıxardıb, südlü kütləni (qaşıqla qarışdırın) tərəvəzlərin hər tərəfinə tökün. Sobada 30-35 dəqiqə və yaxud südlü qarışıq bir az şişib qızaranadək bişirin. Bişməni sobadan çıxardın. Üstünə Parmezan pendiri və göyərti səpin. Bişmə bir qədər soyuduqdan sonra süfrəyə verilməyə hazırdır. Bişməni soyuq halda da yemək olar.

Nuş olsun!
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 2 430
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri