Pomidor şorbası

Müəllif: Pure Love
Şərhlər: 4
Baxılıb: 4 351
Səs ver:
(səs: 2)
Tərkibi:
100 qr süd
2 yemək qaşığı un
2 yemək qaşığı duru yağ
5 ədəd orta boy pomidor
1 yemək qaşığı kərə yağı
1 yemək qaşığı pomidor sousu
4 su stəkanı su
Bir az duz

Hazırlanması:
Supa, kərə yağını qazanda əridərək başlayın. Kərə yağı əriyincə maye yağı qoyun, bir az qarışdırın və unu əlavə edin. Unu əlavə etdikdən sonra qoxusu çıxana qədər qovurun. Daha sonra rəndələdiyiniz pomidorları və pomidor sousunu əlavə edin. Təxminən 5 dəqiqə qovurun, ardından suyun hamısını əlavə edib qarışdırın. Duzu əlavə edin.

Qaynayana qədər qarışdırmağa davam edin, qaynamağa başlayınca 15 dəqiqə boyunca batıq atəşdə bişirin. Servis etməzdən əvvəl də qazana süd qoyub qarışdırın. İstəsəniz serviz edərkən üzərinə qara bibər və kaşar pendiri əlavə edə bilərsiniz. Pomidor şorbanız yeməyə hazır!

Nuş olsun!
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 4 351
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri