Bulqur şorbası

Müəllif: Pure Love
Şərhlər: 6
Baxılıb: 4 052
Səs ver:
(səs: 0)
Tərkibi:
1 su stəkanı yarma
1 yemək qaşığı kərə yağı
2 ədəd orta böyüklükdə soğan
3 diş sarımsaq
3 yemək qaşığı pomidor şorbası
1 çay qaşığı toz nanə
duz
qara bibər
2 yemək qaşığı un
1 yumurtanın sarısı
2-3 yemək qaşığı qatıq
2 yemək qaşığı sirkə
2 yemək qaşığı limon suyu
kəklikotu

Hazırlanması:
Bir qazana 5-6 su stəkanı içmə suyu qoyun və içinə yarmaları əlavə edib orta odda qarışdırın.
Yarma yumşalmağa başlayınca altını bir az azaldın.
Bu vaxt soğan və sarımsaqları incə incə doğrayın.
Kərə yağını bir tavada əridin. Doğradığınız soğan və sarımsaqları nanəni də əlavə edib qovurun.
Bir neçə dəqiqə sonra pomidor sousunu da əlavə edib qovurmağa davam edin.
Bu qarışığı qazana əlavə din.
Bir kasaya 2 qatıq, un və yumurta sarısını qoyub çırpın.
Qarışığı qazana danlaq danlaq tökərək əlavə edin.
Şorbaya ən son sirkə, limon və kəklikotu əlavə edin.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 4 052
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri