Bolqar banitsası

Müəllif: Pure Love
Şərhlər: 6
Baxılıb: 1 954
Səs ver:
(səs: 0)
Tərkibi:
500 q hazır qat-qat xəmir
300 q brınza
6 yumurta
150 q kərə yağı
200 q xama

Nuş olsun!
Qat-qat xəmirin donunu açın. Bir neçə yerə bölün. Hər birini çox nazik yayın.
Pendiri əzib 4 yumurta ilə qarışdırın. Xəmirlərin üzərinə ərinmiş kərə yağı çəkib, pendirli içi bərabər yayın. Rulet kimi bükün.
Formaya yığıb üzərinə yağ çəkin.
Xama ilə iki yumurtanı qarışdırıb ruletlərin üzərinə bərabər yayın. Formanı əlinizlə hərəkət etdirib xama-yumurta qarışığının hər tərəfinə yayılmasına çalışın.
180 dərəcə qızdırılmış sobada 30-35 dəqiqə, qızılı rəng alanadək bişirin.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 1 954
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri