Ezogəlin şorbası

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 2 697
Səs ver:
(səs: 0)
Tərkibi:
8-10 su stəkanı ət suyu
2 Su stəkanı qırmızı mərci
1 fincan düyü
1 fincan yarma
1 yemək qaşığı bibər pastası
1 yemək qaşığı tomat pastası
2 baş soğan
2 şorba qaşığı un
maye yağ
qara bibər
duz
3 Yemək qaşığı qədər quru nanə

Hazırlanması:
Soğanı xırda- xırda doğradıqdan sonra maye yağda qovururuq.Qazana unu əlavə edib və yüngül çəhrayı rəngini alana qədər qovuraq.Ət suyunu və ya sümük suyunu əvvəl az-az tökərək davamlı qarışdıraq, hamısını tökəndən sonra qaynayana qədər qarışdıraq.
Qırmızı mərcini, yarmanı və düyünü yuyub təmizlədikdən sonra əlavə edək. Bibər və pomidor tamatını bir kasada sulandırdıkdan sonra əlavə edək. Qazın altını xırda xodda qoyaq və düyü ilə merciləri bişirək. Bol quru nanə səpərək qarışdıraq və xidmət edək.

Nuş Olsun!
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 697
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri