Tərkibi: Bir toyuğun yarısı 1 ədəd yerkökü 2 ədəd baş soğan 3 ədəd yumurta duru yağı Duz, istiot İstənilən ədviyyat İstənilən göyərti
Hazırlanması: Toyuğu təqribən 40 dəqiqə ərzində bişirin. Soğanı narın-narın doğrayın. Yerkökünü isə sürtgəcdən keçirin. Toyuğun ətini sümüyündən ayırıb istənilən böyüklükdə tikələyin. Yağda qovrulmuş yerkökü ilə soğanı toyuğun bulyonuna əlavə edin. Sonra isə əti onun üzərinə əlavə edin.
Yumurtanı ayrı bir qabda çalın və üzərinə bir neçə yemək qaşığı soyuq su əlavə edin. Sonra isə yenidən yaxşıca çalın. Yumurtanı qaynayan supa qarışdıra-qarışdıra əlavə edin. Duz, istiot və zövqə görə istənilən digər ədviyyatları əlavə edib qarışdırın. Süfrəyə verərkən üzərinə doğranmış göyərti səpin.