Sup reseptləri

Müəllif: Pure Love
Şərhlər: 9
Baxılıb: 5 694
Səs ver:
(səs: 0)
İstər ətli, istərsə də ətsiz suplara düyü, vermişel, makaron və ləpə (xırdalanmış noxud) seçə bilərsiniz. Bunların hamısı eyni qayda ilə hazırlanır.

1 kq və ya 0.8 kq mal əti, yaxud da 0.5 kq qoyun əti götürülüb, sümüyü ilə birlikdə 30-35 qram böyüklükdə doğranır, yuyulur, qaynar suya tökülür. Sonra duz əlavə edilir. Bulyon qaynağa düşənə kimi arabir kəfi alınır. Qazan ağzı örtülü qaynamalıdır. Mal əti gec bişdiyi üçün onu bir qədər çox qaynatmaq lazımdır. Ət yumşalmışsa demək bulyon hazırdır. Əgər ətin yağı azdirsa, onda bir qədər yağda qovrulmuş soğan əlavə edilməlidir. Soğanə tez-tez qarışdırmaq lazımdır ki, azca qovrulsun. Bu qayda ilə hazırlanmış bulyona pomidor və ya tomat töküb qarışdırılır, lazım gəlsə qaynar su əlavə edilir. Bundan sonra hazır bulyona zövqünüzə görə vermişel, düyü və ya makaron, kartof, dəfnə yarpağı, istiot tökün. Kartof biçdikdən sonra qazana doğranmış keşniş səpib bir buğum qaynayan kimi düşürmək lazımdır.

Qeyd: Əgər sup vermişel ilə hazırlanırsa, ailənin zövqündən asılı olaraq, qazana xırda doğranmış yerkökü əlavə etmək olar.

Ət olmadıqda baş soğan xırda doğranıb yağda qovrulur, yerkökü, doğranmış pomidor və ya tomat töküb bir qədər qaynadıqdan sonra ətli şorbalar kimi hazırlamaq məsləhət görülür.

Toyuq bulyonu:
Mümkün qədər yağlı toyuq qazana bütöv salınır, duz töküb bişirilir, vaxtında kəfi alınır. Toyuq bişənədək kənarda xırda doğranmış baş soğanı sarı rəng alana qədər yağda qızardırlar. Qızardılmış soğança bulyonun içinə tökülüb həll olana qədər qaynadılır. Soğançalı bulyon təmiz tənzifdən və ya sıx gözlü ələkdən süzülür. Bulyon yenidən qaynadılır, soyuq suda həll edilmiş unu bulyon qatılaşana kimi yavaş-yavaş tökərək qarışdırırlar ki, yumrulanmasın. Elə ki, un bulyonda bişdi bir az istiot səpib qazanı götürmək lazımdır. Bundan sonra xörəyin miqdarından asılı olaraq, 3-4 yumurtanın sarısını bir az suda çalıb yavaş-yavaş qazana tökür və arasıkəsilmədən qarışdırılar ki, yumurta sarısı çürüntü verməsin. Hazır bulyon böyük sup qabına tökülüb süfrəyə verilir. İçilən zaman hər adam öz qabına bir qədər üzüm sirkəsi tökməlidir. Bu cür bişirilmiş bulyon dadlı və çox ləzzətli olur.
(səs: 0)
Şərhlər: 9
Baxılıb: 5 694
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri