Nanəli makaron şorbası

Müəllif: Pure Love
Şərhlər: 7
Baxılıb: 2 097
Səs ver:
(səs: 0)
Tərkibi:
500 qr dana əti
5 parça iliksiz sümük
1 ədəd kök
2 diş sarımsaq
2 ədəd qərənfil toxumu
1 ədəd soğan
2 ədəd dəfnə yarpağı
1 ədəd kiçik pomidor
Kərəvəz
4 stəkan su
1 ovuc quru nanə
1 şorba kasası makaron
Duz
İstiot

Hazırlanması:
Böyük bir qazanın içinə nanə və makaron xaric buütün ləvazimatları qatın, üzərinə 4 stəkan suyu əlavə edib ağzını bağlayın. Ağzını qapaqla yarımçıq bağlayıb zəif odda 2, ya 2 saat yarım bişirin. Yavaş-yavaş qaynadın, arada üzünə çıxan kəfi yığın.
Bişdikdən sonra süzgəcdən keçirib soyuducuda soyumağa qoyun. Ət suyunun içindəki artıq yağı götürüb yenidən makaronla birgə qaynadın. Makaronlar da bişdikdən sonra üzərinə bol quru nanə əlavə edib süfrəyə verin.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 2 097
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri