Mərci şorbası

Müəllif: Pure Love
Şərhlər: 6
Baxılıb: 3 191
Səs ver:
(səs: 0)
Tərkibi:
Qırmızı mərci – 340 q.
Su – 7 st.
Soğan – 1 baş
Sarımsaq – 3 diş
Keşniş – 1 ç.q.
Sarıkök – ¼ ç.q.
Kök – 300 q.
Qırmızı bolqar bibəri – 1 st.
Təzə keşniş – ¼ st.
Yaşıl soğan – ¼ st.
Qırmızı bibər – zövqə görə

Hazırlanması:

Mərcini suda qaynadıb kəfini yığın. Üstünə xırda doğranmış soğanı, sarımsağı, üyüdülmüş keşniş və sarıkökü əlavə edin. Qazanın ağzını yarımçıq bağlayıb 15 dəqiqə qaydadın. Sonra sürtgəcdən keçirilmiş kökü, xırda doğranmış qırmızı istiotu əlavə edib, 10 dəq. bişirin. Tərəvəzləri yumşaq hala gətirdikdən sonra üzərinə xırdalanmış keşnişi və yaşıl soğanı əlavə edin. Duz istiot qatın. Estetik görüntü üçün keşnişin yarpağı ilə bəzəyib süfrəyə verin.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 3 191
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri