Beşamel sousulu gül kələmi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 2 077
Səs ver:
(səs: 0)
Tərkibi:
1 orta boy gül kələm
2 yemək qaşığı kərə yağı
2 yemək qaşığı un
1 su stəkanı süd
Holland pendiri (kaşar)
Duz Istiot

Hazırlanması:

Əvvəlcə kələmi kiçik hissələrə ayırıb qaynadırıq. Qaynadanda Çəngəlin ucuyla nəzarət edə bilərsiniz çəngəl gül kələminə rahatca girirsə qaynatma prosesi hazırdır.. Qaynadılan gül kələmlərimizin suyunu süzüb birinci istisi çıxana qədər gözlədin. Bu vaxt beşamel sousumuzu hazırlayaq ilk olaraq kərə yağını eridək və unumuzu gözəlcə qızıl sarısı rəngi alana qədər qovuraq daha sonra süd, duz və qara bibəri əlavə edək maye bir konsistensiya alana qədər bişirək. Gül kələmlərimizin üzərinə beşamel sosumuzu töküb 200 dərəcə sobada üzəri qızarana qədər bişirək. Üzəri qızarandan sonra çıxarıb dərhal holland pendirini əlavə edib təkrar sobaya qoyaq və 5 dəqiqə daha sobada bişirməyə davam edək.

Nuş Olsun!
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 2 077
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri