Qozlu xarço resepti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 2 607
Səs ver:
(səs: 0)
Tərkibi:
500 qram mal əti
1/2 stəkan təmizlənmiş qoz ləpəsi
1 xörək qaşığı qarğıdalı unu
1 ədəd istiot
2 diş sarımsaq
3 şaxə keşniş
1 xörək qaşığı üzüm sirkəsi
Duz

Hazırlanması:
Mal ətini yaxşıca yuyub 40-45 qramlıq tikələrə bölün. Üzərinə soyuq su əlavə edib, 2 saat ərzində qaynadın. Müntəzəm şəkildə kəfini və yağını yığın.

Qoz ləpələrini təmizləyib ət maşınıdan keçirin. İstiotu, sarımsağı və duzu qoza qatıb yaxşıca döyün. Qarğıdalı ununu yüngülcə qızardıb, üzərinə azacıq bulyon əlavə edin. Sonra bunların hamısını ətli bulyona əlavə edin.

Üzərinə xırda doğranmış keşniş, sirkə əlavə edib, daha 10 dəqiqə qaynadın.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 2 607
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri