Çauder şorbası resepti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 2 071
Səs ver:
(səs: 0)
Tərkibi:
3 orta boy kartof
1 kök
1 baş soğan
1 porey soğanı (pirasa)
1 qırzmızı bolqar bibər
2 kərəviz saplağı
3 x.q. konservləşdirilmiş qarğıdalı
3 qr. kərə yağı
150 ml. qaymaq və ya süd
1 dəfnə yarpağı
1/4 ç.q. hind qozu (muskat)
duz
isiot

Hazırlanması:
1.Bibəri yarıdan kəsib, içini təmizləyin. Tavada və ya sobada közləyin. Qabığını soyun və xırda doğrayın.
2.Baş soğanın üstünü soymamış yarıdan bölün və qızğın tavada o üzbuüz biraz közləyin. Qabığını soyun və xırda doğrayın.
3.Pirasa soğanını, kərəvizi, kökü xırda kəsin.
4.Qazanda kərə yağınə əridin.
5.Bütün kəsdiyimiz tərəvəzdəri 3 dəqiqəyağda qovurun.
6.Kartofu xırda kəsib əlavə edin və 3 dəqiqə yenə qovurun.
7.Qazana qaynar su əlavə edin. Su 2 barmaq tərəvəzdəri örtməlidir. Dəfnə yarpağı əlavə olunur.
8.Tərəvəzdər tam bişəndə qarğıdalını əlavə edin.
9.Ədviyyatları əlavə edin.
10.Tərəvəzdərin yarısını su olmamaq şərti ilə çıxardın. Dəfnə yarpağıda çıxarılır.
11.Qazanda qalan tərəvəzdəri blendordan keçirdin.
12.Çıxartdığınız tərəvəzdəri qazana qaytarın.
13.İsinmiş qaymağı tökün və qaynayana gədər saxlayın. Qaynamamalıdır.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 071
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri