Sulu köfte resepti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 3 928
Səs ver:
(səs: 0)
Tərkibi:
Köfte üçün:

300 qr dana əti
,1 ədəd yumurta ,
1 ədəd soğan
,cəfəri ,duz , istiot

Digər ərzaqlar:
1 x.q. tomat pastası
,2 ədəd kartof,
1 ədəd kök,
2 ədəd rəngli bibər ( sarı, qırmızı ),
1 ədəd soğan,
100 qr yaşıl noxud,
duz,
istiot,
pul bibər,
yağ

Hazırlanması:
İlk öncə əti ətçəkən maşında çəkib, üzərinə rəndələnmiş soğan, doğranmış cəfəri, yumurta, duz, istiot əlavə edib, qarışdırırıq. Hazırladığımız qarışımdan kiçik hissələr ayırıb, əlimizlə yumru formaya salıb, yağda qızardırıq.
Digər tərəfdə qazana yağ əlavə edib, soğan qovururuq. Üzərinə tomat pastası tökürük və qovurmağa davam edirik. Ardından kartof, kök, bibər, qızartdığımız küftələr, duz, istiot, pul bibər də əlavə edib, 5-10 dəq qovururuq. Daha sonra yaşıl noxud, 2 st qaynadılmış su tökürük və orta odda tərəvəzlər bişənəndək bişiririk.
*Qeyd. Yeməyi çörəklə və ya plov, makaron, qarabaşaq yeməklərinin yanında servis etmək olar.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 3 928
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri