Limonlu toyuq şorbası

Müəllif: YalniZ-ArZu
Şərhlər: 5
Baxılıb: 3 066
Səs ver:
(səs: 1)
Havaların soyuması ilə əlaqədar isti şorbaların yeyilməsi daha məsləhətlidir. Faydalı toyuq şorbasının reseptini veririk.

Lazım olanlar:

1 toyuq
1 ovuc nazik vermişel
1 yumurta sarısı
Yarı limon
İstiot
Duz

Hazırlanması:

Əvvəlcə toyuğu dərin bir qazana qoyub üzərinə su əlavə edərək bişirin. Daha sonra toyuğu həmin sudan çıxararaq, içinə nazik vermeşil əlavə edərək bir az da qaynadın.
Həmçinin bişmiş toyuğun əti sümükdən ayrılaraq, tikələrə doğranıb şorbaya tökülür. Son olaraq yumurta sarısını ayrıca qabda limon suyu ilə qarışdırın, oraya bir qaşıq da toyuq şorbası əlavə edin. Diqqət etmək lazımdır ki, həmin şorba suyu ilıq olsun. Sonra həmin qarışımı qazanın içərisinə yavaşca əlavə edib qarışdırın. 2 dəqiqə daha qaynadıb, ocağın altını söndürün. Sonda zövqə görə duz və istiot əlavə edin.

Nuş olsun!
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 3 066
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri