Köklü kabak şorbası resepti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 2 792
Səs ver:
(səs: 1)
Tərkibi:
2 kabak,
1 ədəd kök,
2 qaşıq kərə yağı,
2 yemək qaşığı duru yağ,
2 qaşıq un,
1 stəkan süd,
5 stəkan su,
1 ovuc doğranmış şüyüd,
Duz,

Hazırlanması:
Kabakları və kökü soyub rəndənin iri tərəfi ilə rəndələyin.
Kərə yağı və duru yağı bir qazana alıb qızdırın.
Rəndələnmiş kabakları və kökü yağa əlavə edib suyunu salıb çəkənə qədər qovurun.
Unu əlavə edib 1 dəqiqə daha qovurun.
Suyunu əlavə edib vam odda bişirin.
Altını söndürüb südünü də əlavə edib sürətli qarışdırın.
Duzunu və şüyüdü də əlavə edib bir az daha qaynadın və ocağı söndürün.
Köklü kabak şorbası artıq hazırdır. Köklü kabak şorbası süfrəyə vermək olar.

Nuş olsun!
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 2 792
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri