Naxçıvan küftəsi resepti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 16
Baxılıb: 17 045
Səs ver:
(səs: 10)
Daş küftə Naxçıvan kulinariyasının ən məşhur yeməklərindən biridir. Bişirmə üsulu və ləzzəti, təbii ki, fərqli ola bilər. Odur ki, yeməyin əsl dadını hiss etmək üçün elə Vətəninə yollanmağa dəyər. Hətta orada hər evdə iri çay daşı və onun yanında taxta çəkicin olması, həmin yeməyin necə sevilməsini və tez-tez hazırlanmasını göstərir.

Hazırlanması:

Yağlı dana və yaxud qoyun əti taxta baltayla çay daşının üstündə döyülür. Ət 2–3 saat döyüldükdən sonra qiymə halına gəlir. Sonra onun üstünə bir ovuc noxud əlavə edib döyməyə davam edirik. Noxudlar tam əzilib, ətə qarışdıqdan sonra ora təmizlənmiş baş soğan və bir dəstə keşniş əlavə edirik. Daşın üstündə bunlar birlikdə döyülür. Döymə işi bitdikdən sonra bir stəkan düyü, sarıkök və istiot da əlavə edilir. Sonra onların hamısı bir yerdə yoğrulur.

Hazır qiymə bir ovucun içərisinə sığacaq böyüklükdə kündələrə ayrılır. Kündələrin içərisinə ziriş qoyulur. Ziriş yabanı halda bitən ağacın meyvəsidir. Turşməzə dada malikdir. Onu toplayıb qurudur və əsasən küftədə istifadə edirlər. Hazır kündələr dinlənməyə qoyulur.

Bu zaman başqa qazanda yağ–soğan qovururuq. Üzərinə əlavə edilən su qaynamağa başlayınca küftələr qazana boşaldılır. İstəyə görə bura kartof və yaxud əvvəlcədən qaynadılmış noxud əlavə edilə bilər. Yemək hazır olduqdan sonra zövqə görə üzərinə quru nanə tökülür. Daş küftə isti halda yeyilir.

Ən maraqlısı odur ki, naxçıvanlılar daş küftəni soyuduqdan sonra adətən, səhər yeməyində, şirin çayla, lavaşın arasına bükərək yeyirlər. Bu cür daha fərqli dada malik oldğunu deyirlər.

Nuş olsun!
(səs: 10)
Şərhlər: 16
Baxılıb: 17 045
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri