Siqareti tərgitmək istəyənlər üçün xüsusi içki: Hər səhər için

Müəllif: Barbaris
Şərhlər: 6
Baxılıb: 3 050
Səs ver:
(səs: 2)
Siqareti tərgidən insanların ən böyük problemlərindən biri səhər oyandıqlarında hiss etdikləri nikotin ehtiyacıdır. Bədən və beyin bu zəhərin varlığına o qədər alışıb ki, siqareti tərgitdikdə orqanizmdə bir sıra narahatlıqlar ortaya çıxa bilir. Amma istədikdən sonra hər şeyi bacarmaq mümkündür.

Qadinla.com sizə verəcəyi bu qarışımla siqareti tərgitmək daha asan olacaq. Səhər yuxudan duranda bu qarışımdan içsəniz, gün boyu siqaret ehtiyacınızı ödəmiş olacaqsınız.

Siqareti tərgitməyə kömək edən C vitaminli qarışım:

Lazım olanlar:
1 ədəd limon
1 ədəd portağal
1 ədəd kök
1 çay qaşığı rəndələnmiş zəncəfil
15 üzüm giləsi
1 stəkan jenşen tozu
1 litr su

Hazırlanması:

Zəncəfil və limonun kəskin dadı lazımsız təsirlər üçün mükəmməl bir ikilidir. Qarışımı hazırlayarkən ilk olaraq portağal və limonun suyunu sıxın. Limonun qabığını atmayın, bir kənarda saxlayın. Kökü yuyub, doğradıqdan sonra əvvəlcədən hazırladığınız limon və portağal suyu ilə qarışdırın. Bu qarışıma jenşen tozunu, rəndələnmiş zəncəfili və üzümləri əlavə edin. Son olaraq limon qabığıyla bərabər suyunu töküb qarışdırın.
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 3 050
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri