Hamı qəhvənin zərərli təsirindən danışır, bəs faydaları?

Müəllif: YalniZ-ArZu
Şərhlər: 5
Baxılıb: 2 088
Səs ver:
(səs: 0)
Edinburq universitetindəki araşdırmalara görə PDSS2 geninə malik olan insanların kofeini parçalama qabiliyyəti olduqca aşağı olur. Kofein bədəndə qaldıqca yavaş-yavaş parçalandığından insanın daxili aləmində kofein ehtiyyacını artırır. Ona görə də bu genə malik olan insanlar daha çox qəhvə istəməsi nəzərə çarpır. İtaliyada edilən bir araşdırmada isə bu genə malik olan və olmayan iki insan müşahidə edilir. Nəticə göstərir ki, PDSS2 olmayan insan olan inasandan bir fincan az qəhvə içir. Bəs gündəlik içdiyimiz qəhvənin hansı faydalı cəhətləri var?

1.İfadə gücümüzü artırır.

Adətən bir kitab oxuyan insanlar, bir də qəhvə içən insanlar səlist danışıq qabiliyyətinə malik olur. Yəqin fikir vermisiniz, kitab oxuya-oxuya aradabir qəhvə yudumlayan insanlar öz düşüncələrini daha rahat və aydın yolla qarşısındakı insanı başa sala bilir.

2.Sağlam yaşayışın əsas şərti.

İdman sağlamlığın cöhvəridir deyirlər, lakin qəhvə içməkdə sağlamlığıma kömək edir. Hər gün gümrah qalmaq üçün qəhvədən istifadə etmək faydalı olacaqdır. Eyni zamanda qəhvənin Azərbaycanda ən çox insan ölümünə səbəb olan II tip şəkər xəstəliyinin azalmasında yardımçı olduğunu bilirdinizmi?

3.Yaddaşı gücləndirir.

Qəhvə içdiyimiz zaman bədənlə yanaşı, beyin hüceyrələrimizdə gümrah olur. Bildiyimiz kimi, insan elə bir varlıqdır ki, yorğun olduğu zaman heç nə yaddaşında qalmır. Qəhvə bu dərdə çarədir.

4.Xoşbəxtlik fincanlarımızda

İnsanlar düşünür ki, əsl xoşbəxtlik şokoladdadır. Amma araşdırmalara görə gündəlik qəhvə içənlərin 50% i daha az intihara məruz qalır .

5.Diqqətimizi artırır.

Dərs başlamazdan və ya uzun tapşırığı etməzdən əvvəl qəhvə bəzilərimiz üçün önəmli rol oynayır. Hətta məşhur biznes dahilərinin fikrinə görə günə qəhvə ilə başlayan insanların günün sonunda qarşısına qoyulan bütün öhdəlikləri etmək şansı daha çoxdur.

Hikmət Əliyev. Bakı mühəndislik universiteti
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 088
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri