8 super içki!

Müəllif: Onun_Mələyi
Şərhlər: 8
Baxılıb: 2 883
Səs ver:
(səs: 0)
Səhər kakao, gündüz tomat şirəsi, gecə otlardan çay. Sən bu cür sağlamlığını və gözəlliyini qoruyacaqsan. Kakao dərini nəmləndirir. Gündəlik kakao porsiyası dəri üçün xeyirlidir, yalnız kakao tozunun həqiqi olmasından əmin olun.

Çaytikanı imuniteti möhkəmləndirəcək. Bu giləmeyvə şirəsinin tərkibində vitamin C, sitrus meyvələrindən 10 dəfə çoxdur.

Təzə şərab qaməti saxlamağa kömək edəcək. Tərkibindəki xeyirli turşular mötədil istifadə zamanı həzmə yardımcıl olur. Bir stəkan həftədə iki dəfədən artıq olmayaraq.

Nar şirəsi ürəyə xeyirlidir. Gündə bir stəkan nar şirəsi qan dövranını yaxşılaşdırar, qanı təmizləyər.

Mərcani meyvə şərbəti sistit zamanı köməyə gələcək. Gündəlik porsiya: 100 ml mərcani meyvə şərbəti, 1 çay qaşığı şəkər tozu. Bu qarışım sidik kanallarını bakteriyalardan təmizləyəcək.

Xərçəngə qarşı tomat şirəsi. Tərkibində likopin-antioksidant var. Bu oksidant qocalığın qarşısını alır. Gündə 1-2 stəkan tomat şirəsi onkoloji xəstəliklərə tutlma riskini azaldar.

Alma sirkəsi şlaklardan azad edər. 1 yemək qaşığı alma sirkəsi, 1 çay qaşığı bal və bir stəkan ilıq su yağların yandırılmasına və şlakların çıxardılmasına kömək edər.

Zəncəfil çayı qrip və soyuqdəyməyə qarşı. Zəncəfil soyuqdəymənin qarşısını alamaq kimi xassəyə malikdir. Qan dövranını və həzmi yaxşılaşdırır.
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 2 883
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri